Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:44

İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb


İqbal Ağazadə

İqbal Ağazadə

-
Mərkəzi Seçki Komissiyası 3 sentyabr iclasında Ümid Partiyasının sədri İqbal Ağazadənin imza vərəqələrinin yoxlandığını bəyan edib və onun namizədliyini qeydə alıb.

İqbal Ağazadə 1969-cu ildə Füzulidə doğulub.

Bakı Dövlət Universitetinin şərqşünaslıq, Kiyev Dövlət Universitetinin hüquq fakültələrini bitirib.

Qarabağ müharibəsi veteranıdır.

2000-ci ildən Milli Məclisin üzvüdür. 2003-cü ilin 15-16 oktyabr hadisələrinə görə 17 ay həbsdə yatıb.

2002-ci ilin dekabrından Ümid Partiyasının sədridir.

2008-ci ilin prezident seçkisində namizəd olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG