Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:49
-
ABŞ hökuməti «Facebook»dakı statuslara dərin maraq göstərir. Amerikanın hədəfi dünyanın hər yerində qeydiyyatdan keçmiş 21 min «Facebook» istifadəçisi olub.

Bu barədə məlumatı TechNewsWorld «Facebook»un açıqlamasına istinadən yayıb.

«Facebook» bildirib ki, bir çox dövlətlər onlardan üst-üstə 39 min sosial şəbəkə istifadəçisi barədə məlumat istəyib.

İstifadəçilərlə daha çox ABŞ maraqlanıb, təxminən 21 min «Facebook» üzvünün məlumatını şirkətdən istəyib.

Hindistan 4 min, Birləşmiş Krallıq, Almaniya və İtaliya isə hər biri 2 mindən artıq «Facebook» istifadəçisi ilə maraqlanıb.

Ölkələr öz müraciətlərini adam oğurluğu, soyğunçuluq və digər kriminal hadisələrlə, o cümlədən milli təhlükəsizliklə izah ediblər.

«Facebook»un bu ilin ilk 6 ayını əhatə edən «Qlobal Hökumət Müraciətləri Hesabatı»ndan görünür ki, 70-dən çox ölkə şirkətə üz tutub.

«Facebook»un 1 milyard üzvü var.

Şirkət açıqlamasında bildirir ki, sorğularda sübut və dəlillərin azlığına görə bir çox müraciəti geri qaytarıblar.

«Şəffaflıq və inam şirkətin əsas dəyərləridir», - «Facebook» bildirir.
Bəzi amerikalı mütəxəssislər şirkətin bu hesabatını alqışlayırlar.

Şirkətin adını açıqladığı ölkələr arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və İran yoxdur. Azərbaycanın qonşularından yalnız Rusiya «Facebook»a bir sorğu göndərib.

Şərhləri göstər

XS
SM
MD
LG