Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:56

E. Məmmədyarov Britaniya Parlamentində “Azərbaycanın dostları” qrupunun üzvləri ilə görüşüb


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Parlamentində “Azərbaycanın dostları” qrupunun üzvləri ilə görüşüb.

Bu barədə Avropa -Azərbaycan Cəmiyyəti məlumat verir.Görüşdə Böyük Britaniyanın Azərbaycana sərmayə qoyması, enerji təhlükəsizliyi, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, korrupsiyaya qarşı mübarizə, din azadlığı və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi ilə bağlı məsələlər qaldırılıb.

Elmar Məmmədyarov hazırda Böyük Britaniyada işgüzar səfərdədir. O britaniyalı həmkarı Uilyam Heyqlə də görüşməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG