Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:13

«Araz-Naxçıvan» Türkiyədə keçirilən yoldaşlıq oyununda qalib gəlib


Naxçıvan

Naxçıvan

-
«Araz-Naxçıvan» futbol komandası Türkiyədə keçirdiyi növbəti yoldaşlıq görüşünü də 2:0 hesablı qələbə ilə başa vurub.
Sentyabrın 2-də baş tutan görüşdə komandanın bu dəfəki rəqibi Türkiyənin bölgələr üzrə birinci qrupunda mübarizə aparan «Rize Kalkanderespor» klubu olub.
Hesab ilk dəqiqələrdə açılıb.
«Araz-Naxçıvan»ın müdafiəçisi Əlimirzə Daşzərini oyunun 3-cü dəqiqəsində 35 metr məsafədən rəqib qapısına qol vurub. Oyunun 37-ci dəqiqəsində Əlimirzə Daşdəmirov dubl edərək komandasını ikinci dəfə önə çıxarıb.
«Araz-Naxçıvan» avqustun 26-dan 32 nəfərlik heyətlə Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışındadır. Komanda ilk oyununda «Yakutyaspor» komandasını 2:0 hesabı ilə məğlub etmişdi. Naxçıvan futbolçularının səfəri 10 günlük nəzərdə tutulub.
«Araz» klubu 1967-ci ildə yaradılıb. Klub 1968-ci ildən SSRİ birinciliyinin «B» qrupunda mübarizə aparıb. 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının «A» qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu klubun ilk baş məşqçisi Tofiq Axundov olub. SSRİ dağıldıqdan sonra «Araz» fəaliyyətini dayandırıb. 2001-ci ildə klub yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu cəmi bir il çəkib. 2002-ci ildə «Araz» yenidən fəaliyyətini dayandırıb. Həmin vaxtdan Naxçıvan peşəkar futbolla vidalaşmışdı.
Hazırda «Araz» 2-ci dəstədə gücünü sınayacaq. Klubun yeni baş məşqçisi Əsgər Abdullayev AzadlıqRadiosuna müsahibəsində bildirib ki, məqsədləri klubu güclülər dəstəsinə çıxarmaqdır.
XS
SM
MD
LG