Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:27

Qafqaz Müsəlmanları İdarəsi ABŞ-ı Suriyaya hücum etməməyə çağırır


Təzə Pir məscidi

Təzə Pir məscidi

-
Suriyaya gözlənilən hərbi müdaxilə ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sentyabrın 3-də bəyanatla çıxış edib.

İdarənin internet səhifəsində verilən bəyanatda QMİ Birləşmiş Ştatları Suriyaya hərbi müdaxilə etməməyə çağırır:

«Biz ümidvarıq ki, ABŞ vətəndaşlarının iradəsini ifadə edən Konqres bütün dünyadan səslənən «Müdaxiləyə yox» sədalarına biganə qalmayacaq və Suriyada hərbi əməliyyatlarla bağlı qərara yox deyəcəkdir. Bu, həm ABŞ-ın dünyadakı nüfuzunu artırar, həm də dünyamızı daha böyük fəlakətlərdən xilas edər. Dünya miqyasında sülh mükafatına layiq görülmüş ABŞ prezidentindən də gözləntimiz məhz bu yöndədir».

Qafqaz Müsəlmanları İdarəsi vaxtilə 11 sentyabrda Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş terror aktlarına da birmənalı qiymət verdiklərini, həmin hadisələri təkcə Amerika xalqı əleyhinə deyil, bütün sivil bəşəriyyətə qarşı yönəldilən ən çirkin cinayət kimi qiymətləndirdiyini yada salır.

Bəyanatda Azərbaycanın da təcavüz və terrordan əziyyət çəkdiyi ölkə olduğu vurğulanır:

«Azərbaycan xalqı özü təcavüzün və terrorun qurbanlarından biridir. Erməni terroru nəticəsində ölkəmizin 20 faizi işğal olunmuş, minlərlə həmvətənimiz məhv edilmişdir. Vaxtilə dünya birliyi Ermənistan təcavüzünə layiqli sipər çəksəydi, bu gün terror və təcavüzlər bu qədər vüsət almazdı».

Bəyanatda Suriya ilə bağlı ABŞ-ın verəcəyi qərarın Amerika xalqının milli maraqlarına ən uyğun, bu dövlətin bütün dünyada nüfuz və qüdrətinin daha da artmasına dəlalət edən müdrik qərar olacağı vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG