Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:52

«Qafqaz İslam Ordusu və Bakının azad edilməsi -95» adlı sərgi keçiriləcək


Qafqaz İslam Ordusu - 1918

Qafqaz İslam Ordusu - 1918

-
Milli Azərbaycan Tarixi Muzeyində Bakının azad edilməsinin 95 illiyinə həsr olunmuş sərgiyə hazırlıq işləri tamamlanmaq üzrədir.

Muzeyin saytının yaydığı xəbərə görə, Milli Azərbaycan Tarixi Muzeyində Qafqaz İslan Ordusunun ağır, şərəfli, xilaskar yürüşünü əks etdirən eksponatlar mövcuddur.

Bu eksponatlar istər siyasi hadisələrin gedişini, istərsə də hərbi əməliyyatları əyani surətdə nümayiş etdirir.

100-ə yaxın eksponat, 20-yə yaxın məlumat stendi, fotoşəkillər, manekenlər, maketlər, rəsm əsərləri tamaşaçıya o dövrün hadisələrini tam təsəvvür etmək üçün yetərlidir.

Sərginin təşkilində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Yunus Əmrə adına Türk Mədəniyyət Mərkəzi, eləcə də «Qafqaz» Universitetinin professoru Mehmet Rıhtım Muzeyə kömək edəcək.

Bir ay ərzində davam edəcək sərgiyə giriş pulsuz olacaq.

Muzey sərginin açılış günü barəsində əlavə məlumat verəcək.

Şərhləri göstər

XS
SM
MD
LG