Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:28

Fransa deyir ki, kimyəvi silahı Suriya hökuməti tətbiq edib


Jean-Marc Ayrault

Jean-Marc Ayrault

Fransa bəyan edib ki, Dəməşq ətrafında kimyəvi silahı yalnız Suriya hökuməti tətbiq edə bilər.

Fransa kəşfiyyatının hesabatında bu hücum nəticəsində azı 281 nəfərin öldüyü bildirilir.Fransa hökumətinin məlumatına görə peykdən aparılan çəkilişlər bu hücumun hökumət qüvvələrinin nəzarətində olan ərazidən edildiyini göstərir.

Amma baş nazir Jan Mar Ayrault bildirib ki, Fransa yalnız beynəlxalq koalisiya ilə birgə hərəkət edəcək.

ABŞ senatoru Con Makkeyn (John McCain) isə jurnalistlərə bildirib ki, prezident Barack Obama Konqresin dəstəyini qazanmaq istəyirsə Suriyaya hərbi müdaxiləyə əsaslı sübut göstərməlidir. Amma o eyni zxamanda qeyd edib ki, əgər Konqres Suriyaya hərbi müdaxiləyə yox desə bunun faciəvi fəsadları olacaq.

ABŞ və bir sıra qərb ölkələri Suriya rejimini üsyançılara qarşı kimyəvi silah işlətməkdə ittiham edir. Suriya hökuməti ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG