Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:31
-
Bu barədə Goranboy rayon Polis şöbəsindən məlumat verilib.

Bildirilib ki, rayonun, Veysli kəndini sakini Səxavət Nağıyev nəməlum şəxslər tərəfindən evinin önündə bıçaqla ürək nahiyəsindən vurularaq qətlə yetirilib. Qətlə yetirilənin qohumu İlqar Orucovun verdiyi məlumata görə, Səxavət Nağıyev evlərində olarkən küçəyə çıxıb və bu zaman görüb ki, aralarında iki nəfəri qız olan 5-6 nəfər gənc, küçənin ortasında nalayiq hərəkətlər edirlər. Bu hərəkətlərə iradını bildirən Səxavət gənclər tərəfindən hücuma məruz qalıb.
Qeyd edək ki, Səxavətə kömək üçün gələn oğlu İxtiyar Nağıyev və əmiləri Şükür və Mürvət Nağıyevlər də bıçaqlanıb. Yarlılar dərhal Gəncə şəhər təcili tibbi yardım xəstəxanasınin renanimasiya şöbəsinə yerləşdirilib.

Şöbədən verilən məlumata görə Mürvət Nağıyevin və İxtiyar Nağıyevin vəziyyəti ağır olaraq qalır. Hüquq mühafizə orqanı əməkdaşlarının apardıqları əməliyyat axtarışları tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı sakinləri: Rafiq Mədətov, Nicat və Nemət Qardaşovlar, Mahru Qocayeva və Natiq Yaqubov avtomobillə qaçarkən Qaradağ rayonunun ərazisində saxlanılıblar. Onlara faktla bağlı Goranboy rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş açılıb.
XS
SM
MD
LG