Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:03

Bulla-Dəniz: Qaz yatağındakı yanğın 16 gündür söndürülə bilmir- [Video]


Youtube: «Bulla-Dəniz» qaz yatağındakı yanğın.

Youtube: «Bulla-Dəniz» qaz yatağındakı yanğın.

-
«Bulla-Dəniz» qaz yatağındakı yanğın hələ söndürülməyib.
Dövlət Neft Şirkətinin sentyabrın 2-də yaydığı məlumatda qəzanın baş verdiyi özülün təmizləndiyi və 90 saylı quyunun bağlanması üçün hazırlıq işlərinə başlandığı bildirilir.
Məlumata görə, qəzanın aradan qaldırılması üçün bu sahədə böyük təcrübəyə malik Amerikanın «Boots & Coots international Well Control» şirkətinin nümayəndələri Azərbaycana dəvət olunublar.
Hadisə yerinə birgə baxış keçirildiyi və quyunun bağlanmasında «Qurban Abbasov» kran gəmisinin gücündən istifadə olunması qərarına gəlindiyi bildirilir. Hava şəraiti imkan verən kimi işə başlanılacağı qeyd edilir.
Avropada yaşayan bloqçu Həbib Müntəzir öz Youtube kanalında «Bulla-Dəniz» qaz yatağındakı yanğını nümayiş etdirən dəqiqə yarımlıq video yerləşdirib.
Bloqçu Həbib Müntəzirin yaydığı video

Videoda Fövqəladə hallar nazirliyinə məxsus gəmilərin yanğın baş verən ərazidə işlədiyi görünür.
Hələ ki rəsmi qurumlar qəza nəticəsində dəyən zərər barədə hər hansı məlumat açıqlamayıb.
İqtisadçı Qubad İbadoğlu öz Facebook profilində 15 gündən bəri davam edən yanğın nəticəsində dəyən zərərin 247 milyon dollar olduğunu yazır.
«Hesablamalar göstərir ki, Bulla-Dənizdə qaz kondensant yatağında hər gün daxili qiymətlərlə 6 milyon manatlıq, dünya bazar qiymətlərilə isə 16,5 milyon dollarlq qaz yanır».
«Bulla-Dəniz» qaz yatağında yanğın avqustun 18-də baş verib.

«Bulla-Dəniz» qaz yatağı

«Bulla-Dəniz» qaz yatağı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG