Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:15
-
Sentyabrın 3-də dərc olunan qəzetlərin xülasəsi:

TƏSADÜFİ OLMAYAN SƏFƏR
«Azadlıq» qəzeti yazır ki, «Milli Şuranın London səfəri hakimiyyəti narahat edib». Qəzet bu narahatlığı Milli Şura rəhbərliyinin dəvətindən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da sentyabrın 3-5 tarixlərində Böyük Britaniyaya planlaşdırılan işgüzar səfəri ilə izah edir.
«Milli Şuranın rəhbərliyi sentyabrın 8-11-də Londonda səfərdə olacaq. Milli Şura rəhbərliyinin Londona dəvət olunmasından sonra Elmar Məmmədyarovun Böyük Britayniyaya səfər etməsi təsadüfi deyil. Belə bir səfərin planlaşdırılması barədə məlumat verilməmişdi. Görünür hakimiyyət Milli Şura rəhbərliyinin London səfərindən narahat olub. Dərhal Böyük Britaniyaya elçi göndərmək qərarına gəlib».
«SADƏCƏ OLARAQ UŞAQLAR İCARƏYƏ GÖTÜRÜLÜR»
«Exo» qəzetinə görə, Azərbaycanda və qonşu ölkələrdə sənədsiz minlərlə azərbaycanlı uşaqlar yaşayır.
«Həm ölkədə, həm ölkə hüdudlarından kənarda bizim unudulmuş minlərlə uşaqlarımız var. Bizim uşaqları Türkiyədə, Rusiyada, İranda və Gürcüstanda görmək olar». Qəzetin yazdığına görə, bunu Qadın krizis mərkəzinin rəhbəri Mətanət Əzizova deyib:
Mətanət Əzizova

Mətanət Əzizova

«Bir dəfə uşaqların İrana satmaq cəhdi üzə çıxmışdı. Şübhə var idi ki, onlar sadəcə bizim vətəndaşlardan pulla alınıb. Bəzi uşaqlar Tbilisidə dilənçiliyə cəlb olunur. Sadəcə olaraq uşaqlar icarəyə götürülür. Uşaqların hüquqlarını müdafiə liqasının rəhbəri Yusif Bəkirov isə unudulmuş uşaqları Azərbaycanın ölkə üçün böyük problem sayır».
HƏMİŞƏ GÜNAHKAR ÇIXARILAN ABONENT
«Azərbaycan» qəzeti kommunal xidmət qurumlarının həmişə abonentləri günahkar çıxarmasında yazır. Qəzetə görə, «Azərenerji», «Bakıelektrikşəbəkə», «Azərsu», «Azəriqaz»ın vətəndaşlara göstərdiyi xidmət ötən illərlə müqayisədə yaxşılaşsa, müəyyən yaxşılaşmayan hallar da var. Qəzet problemlərin daha çox sayğacların dəyişdirlməsi zamanı üzə çıxdığını qeyd edir.
Yazıda avqustun 23-də İmişli rayon qaz istismarı sahəsinin nəzarətçisi ilə abonent arasında qazdan istifadəyə görə yaranan mübahisə və iki nəfərin ölümü ilə nəticələnən hadisəni yada salır.
«...dünya praktikasına görə, sayğacların yoxlanılması ya müvafiq dövlət qurumlarının verdiyi lisenziya ilə fəaliyyət göstərən özəl şirkət tərəfindən həyata keçirilir. Yəni yoxlayıcı şirkət tərəfsiz olur. Bizdə isə xidmət göstərən təşkilat öz sayğacını öz laboratoriyasında sınaqdan keçirir, kənar müdaxilənin olub-olmaması haqqında da özü rəy verir».
«QAYITMAĞIMIN MƏNASI YOXDUR»
«Azərbaycana qayıtmağımın mənası yoxdur»- bunu “Yeni Müsavat”a müsahibəsində Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib:
Rəbiyyət Aslanova

Rəbiyyət Aslanova

«Vahid namizəd kimi gəlməliydim və gələcəkdim. Amma bunların məqsədi odur ki, məni daha Azərbaycandan buraxmasınlar və mən böyük imkanlarımdan məhrum olum. Mənim xaricdə olmağım işimiz üçün qat-qat faydalıdı».
«ÖLKƏDƏ İNSAN HÜQUQLARI SAHƏSİNDƏ CİDDİ İRƏLİLƏYİŞLƏR VAR»
«Azərbaycanla dünyanın bütün ölkələri hesablaşır». Bunu «Bizim yol»a müsahibəsində Rəbiyyət Aslanova deyib:
«Bu beş il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib. Ötən il ərzində əhalinin sosial rifahı daha da yaxşılaşıb. Sovet banklarında qalan əmanətlər qaytarılıb. Ölkədə insan hüquqları sahəsində ciddi irəliləyişlər var. Azərbaycanın mövqeyi daha da güclənib...»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG