Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27
-
Artıq avqustun axırıncı həftəsidir. Gələn həftədən etibarən rəsmi olaraq payız girməsə də, payız aylarına qədəm qoyulur. Şüuraltı da olsa, bu, artıq bəziləri üçün həm də istirahət mövsümüm bitməsindən xəbər verir. Bəs bu yay aylarında gənclər necə istirahət etdi?

«Flashmob»un qonağı olan Günel Ağayeva deyir ki, istirahət onun üçün zehni, fiziki rahatlıq, dincəlmək, normal iş günlərində etmək istədiyi, amma edə bilmədiklərini etməkdir. Söhbət gündəlik istirahətdən gedirsə, bura kitab oxumaq, filmə baxmaq, uzunmüddətli istirahətə isə şəhər, ölkə xaricinə getmək daxildir:

«Yayın hər 3 ayını işləmişəm, sadəcə qısa fasilələrlə istirahət etmişəm. Bir həftə xaricdə oldum, bir həftə ailəmlə birgə Qəbələyə getdim. Avqust ayında isə başladım yoqaya və bu, mənim üçün yenilik oldu. Həm zehnimin, həm fiziki olaraq bədənimin necə dincəldiyini hiss edirəm. İyunda Türkiyənin Bodrum şəhərində oldum dostlarla. Mən adətən qaynayan şəhərləri, yeni mədəniyyətlə tanış olmağı sevirəm. Amma Türkiyə ilə bizdə mədəniyyətlər oxşar olduğu üçün elə də təəccüblənmədim. Ümumiyyətlə, Fransanın Kann, Nitsa, Paris şəhərlərində, Monako, Almaniyanın bəzi şəhərlərində, Çexiyada və sair Şengen ölkələrində olmuşam. Amma Avropa bir müddət sonra sənə eyni gəlir. Bundan başqa, Nyu-York, Çikaqoda olmuşam. Olmaq istədiyim yerlər isə çox var, ən qısa müddətdə Braziliyada, Tailandda, Sidneydə olmaq istərdim. Anar Məsimli

Anar Məsimli

Görmək istədiyim çox yerlər var».

«AMERİKAYA GETMƏYƏN ÖZÜ GÜNAHKARDIR»

Anar Məsimli üçün isə istirahət məsuliyyətin olmamağıdır:

«İstirahət daha çox psixoloji bir şeydir. Sabah bazar günüdür. Bu gün işləyirəmsə, bazar günü mənəvi rahat oluram, gecəyə kimi kitab oxuya bilərəm, filmə baxıb, dostlarla olaram. Bilirəm ki, sabah tez durmaq məcburiyyətində deyiləm. Bu yay mənim üçün çox faydalı oldu, jurnalistika kursuna yazıldım, öyrəndim və Şəkiyə getdim istirahətə».

Anarın hazırda olmaq istədiyi yer Nyu-York, Vaşinqton, Çexiya, Polşa, Slovakiyadır:

«Məncə, gənclər özləri istirahət etmək üçün həvəsli olmalıdır. Tələbə olub «Work and travel»lə Amerikaya getməyən tələbə özü günahkardır. Çünki tələbə olanda, bizim boş vaxtımız çox olur, daha sonra işləyərkən də pul yığmaq olar. Sadəcə, vaxt eləmək, risk etmək lazımdır, internetlə ucuz yerlər, ucuz biletlər tapmaq olar. Bir xarici dil bilirsənsə, bu yetər. Gəncliyin ruhu yoxdur, risk etmir heç kim, sanki nizamlı-intizamlı həyat sürürlər».

HƏYAT TƏRZİ

Telefonu söndürmək, kompyuterdən uzaq olmaq, mühiti dəyişmək isə Ramil Əliyev üçün istirahət deməkdir. Ramil Əliyev

Ramil Əliyev

Onun üçün yaxşı istirahət gəzməkdir:

«Bu il dostlarla birgə maşınla səyahətə başladıq. Gürcüstanın bir neçə şəhərinə, ordan da keçib Türkiyəyə getdik və bir neçə şəhərlərdə qaldıq. Bu, daha maraqlı idi, çünki təyyarə ilə getdikdə, ətrafı daha yaxşı başa düşə bilmirsən. İlk olaraq Batumiyə, sonra Trabzona getdik, yolumuzu davam elədik Antalyaya kimi. Ən çox orda qaldıq. Geri qayıdanda yenə Batumi və Tbilisidə olduq. Hər bir insanın ağlında müəyyən şəhərlər var ki, istəyər orda olsun. İspaniyada, Barselonada, Meksikada, Braziliyada olmaq istəyərəm».

Ramilin fikrincə, insanlar problemlər barədə düşünməyib istirahətə vaxt ayırmalıdırlar:

«İnsan bir-iki ölkəyə istirahətə gedəndə, dərk edir və hər il başlayır bunu etməyə, həyat tərzinə keçir».

Verilişi tam olaraq burdan dinlə:
XS
SM
MD
LG