Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:48

İlham Əliyev Bakıda tunellərin açılışını edib


-
Bakıda ««Qələbə meydanı» müxtəlif səviyyəli tunel tipli yol qovşağı» layihəsi çərçivəsində inşa edilən 5 tunelin açılış mərasimi olub.

Mərasimdə prezident İlham Əliyev iştirak edib.

«Qələbə meydanı» adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin edilməsini nəzərdə tutan layihə artıq yekunlaşıb. ««Qələbə meydanı» müxtəlif səviyyəli tunel tipli yol qovşağı» adlanan layihə çərçivəsində inşa edilən 5 tunel artıq hazırdır. Bu layihəyə daxil olan 6 saylı tunel isə 2012-ci ilin dekabrında istifadəyə verilib.

AzTV-nin rəsmi saytında verilən məlumata görə, layihə üzrə ərazidə 16 giriş-çıxışlı, ümumi uzunluğu 2512 metr, eni 8-15.5 metr, hündürlüyü 5.5 metr, hərəkət zolaqlarının sayı isə 5 olan 6 tunel tipli yol qovşağı inşa edilib.

«Qələbə meydanı» adlanan ərazidə hərəkət intensivliyi saatda 2 min 340 avtomobildən 11 min avtomobilədək arta biləcək. Vaqif prospektində inşa edilən yol qovşağı «Gənclik» metro stansiyasının tuneli üzərindən keçir. Tunellərin 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulub.

Layihənin podratçısı «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-dir. Sinqapurun «SURBANA International Consultans» şirkətinin layihələndirdiyi qovşağın məsləhətçi-nəzarətçisi Türkiyənin «Pro Yapı Proje» İnşaat şirkətidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG