Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

İşadamı necə müflisləşdirildi...


Elman Bağırov
Elman Bağırov
-
«Yolu genişləndirmək adı ilə çörək, şirniyyat sexlərimi, mağazalarımı, evimi sökdülər. Kompensasiya vermədilər, ailəmi isə baytarlıq idarəsinin binasına yerləşdirdilər».

Bunları «Qaynar xətt»ə bərdəli sahibkar Elman Bağırov danışır. O, əmlaklarını 2009-cu ildə itirib. Əmlaklarının yarısını keçmiş, yarısını isə indiki icra başçısı sökdürüb. Dəymiş zərər isə ödənilməyib:

BİRİNCİ XANIMA MÜRACİƏT NƏYİ HƏLL EDƏ BİLDİ?

«4 otaqlı ev, iki anbar, mağazalar, sexlər... Hamısını sökdülər. Keçmiş icra başçısı dedi ki, bizim kompensasiya ödəməyə imkanımız yoxdur. Yerinə torpaq verə bilərik. Mən razılaşmadım, çünki mənim yerim şəhərin mərkəzində idi, onlar isə torpağı kənardan verirdilər. Həyat yoldaşım Heydər Əliyev Fondunun prezidentinin qəbuluna getdi, söküntü yarımçıq dayandırıldı. 10 gündən sonra icra başçısı və müavinləri, bələdiyyə sədri, torpaq şöbəsinin rəisi gəldi, mənim yerimin yaxınlığında 10 sot boş sahə vardı, çertyojunu çəkdilər, oranı verdilər mənə. Dedim, bəs o boyda zərəri kim ödəyəcək? Bir tərəfdən əmlakıma dəymiş zərər, bir tərəfdən də gündəlik qazancımdan məhrum olmuşdum. Mən mağazalarımın, sexlərin gündəlik gəliri ilə dolanırdım. Dedi, onda bizlik deyil, get ver məhkəməyə, hökumətdən tələb elə».

Mehman Bağırovun deməsinə görə, ortaq bir məxrəcə gələ bilmədikləri üçün söküntü işləri yarımçıq qalıb. Ta ki rayona yeni icra başçısı gələnədək:

«Dedi, oranı park edəcəm. Məni yola gətirdi ki, mağazalarını da, sexlərini də, evini də yeni torpaqda tikdirəcəm. Hətta gətirib maşınla sement, daş, torpaq da tökdülər. Beləcə məni inandırdılar. Başçı dedi ki, hələlik kirayədə qal, evini, mağazanı tikəndən sonra təzə evə köçərsən. Hətta kirayə haqqını da icra hakimiyyəti ödəyəcəkdi. Mənə müvəqqəti yaşamaq üçün bir neçə yer təklif etdi, avadanlığımızı arxamızca daşıya-daşıya qalmışdıq. Axırda dedi, gəl, səni yerləşdirək hələlik baytarlıq idarəsinin binasına. Əlacsız qalıb razılaşdım. Başçının göstərişi ilə otaqlara qaz, su çəkdilər. 5-6 ay pul yardımı da etdilər. Həmin müddətdə sahəsi 46 kvadratmetr olan bir dükan tikdilər bizə».

BAYTARLIQ İDARƏSİNİN BİNASINA, SONRA DA MAĞAZAYA SIĞINDILAR

Hər səhər idarəyə sənədə möhür vurdurmağa gələn ətsatanların səs-küyündən təngə gələn ailə yeni tikilmiş dükana sığınmalı olur və indiyədək də orada yaşayır. Məhkəməyə şikayət də müsbət nəticə vermir.
Elman və oğlu Bəhruz Bağırovların kompensasiya tələbi təmin olunmur.

Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Mürsəl Bağırov bildirib ki, Bərdənin mərkəzi hesab olunan Bakı küçəsində abadlıq işləri ilə əlaqədar Elman Məmmədova məxsus çörək, şirniyyat sexləri və ev, oğlu Elman Bağırova məxsus mağaza 2009-cu ilin iyul ayında sökülüb. Söküntü işləri aparılarkən Elman Bağırov həbsdə olub, oğlu isə söküntüyə etiraz etməyib. Onlara sökülmüş obyektin əvəzinə torpaq sahəsi təklif olunub, razılaşmayıblar.

Maliyyə Nazirliyinin nümayəndəsi Rəhman Rəhimov bildirib ki, Bərdədə aparılan abadlıq işləri ilə əlaqədar dövlət büdcəsindən vəsait ayrılıb. Ancaq Bərdə rayon İcra Hakimiyyətinin sökülmüş obyektlərin əvəzinə obyekt sahiblərinə həmin vəsaitdən kompensasiya ödəyib-ödəmədiyindən xəbərsizdir. Vətəndaşa dəyən zərərin büdcə vəsaiti hesabına ödənilməsi qeyri-mümkündür, səbəb büdcə xərclərində həmin vəsaitin nəzərdə tutulmamasıdır.
XS
SM
MD
LG