Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:06
“El” hərəkatının sədri Eldar Namazov yenidən ifadə vermək üçün sentyabrın 2-də Baş Prokurorluğa çağırılıb.

Bu barədə APA-ya hərəkatın sədr müavini Eldəniz Quliyev məlumat verib.O bunun ötən dəfə dindirmənin yarımçıq qalması ilə bağlı olduğunu bildirib.

Eldar Namazov avqustun 29-da Baş Prokurorluğun İstintaq İdarəsində 4 saat dindirilib.

Xatırladaq ki, bu günlərdə eyni adlı yeni hərəkat yaradan Əflan İbrahimov Milli Şuranın seçki ərəfəsində ölkədə iğtişaşlar salmaq istəməsi ilə bağlı prokurorluğa müraciət edib.

Eldar Namazov həm də Milli şuranın icra katibidir.

Onunla yanaşı hərəkatın 2 üzvü də dindirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG