Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:01

AŞPA-da Sərsəng su anbarının yarada biləcəyi fəsadlar müzakirə oluna bilər


Foto arxiv
Foto arxiv
AŞPA Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyəti və yarada biləcəyi humanitar fəlakət barədə qətnamə layihəsi təklifini qəbul edib.

Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib. O bildirib ki, təklif məruzəçi təyin edilməsi üçün müvafiq komitəyə göndərilib.

Oktyabrda assambleyanın plenar iclasında qətnamə layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir.

Sənəddə işğal edilmiş Azərbaycan ərazisində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokadaya alınması faktı kəskin şəkildə pislənir və Ermənistanın gücdən bu şəkildə sui-istifadə etməsi qeyri-insani davranış hesab olunur.
Qətnamə istənilən hərbi təxribat planlarının qarşısını almaq və kütləvi itkiyə səbəb ola bilən hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə çağırır.
XS
SM
MD
LG