Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26
Moskva Bashar Assad rejiminin kimyəvi silah işlətməsi ilə bağlı ABŞ-ın sübutlarına inanmır.

Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib. O bu gün Moskvadakı Beynəlxalq münasibətlər universitetində tələbələr qarşısında çıxış edərkən ABŞ, Böyük Britaniya və Fransanın göstərdiyi sübutların ciddi şübhələr doğurduğunu deyib.

ABŞ prtezidenti Barack Obama Suriya rejiminin avqustun 21-də kimyəvi silah işlətməsinə əmin olduğunu bəyan edib.Rusiya prezidenti Vladimir Putin isə Vaşinqtonun bununla bağlı BMR-yə sübutlar verməyə çağırıb.

Türkiyənin baş naziri Recep Tayyip Erdogan isə bir daha bəyan edib ki, Bashar Assad rejimi təcili hakimiyyətdən getməlidir.

BMT-nin məlumatına görə 2 ildən çoxdur ki, davam edən Suriya münaqişəsində 100 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG