Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:30

Novruz Məmmədov Suriyadakı vəziyyət haqda danışıb


Novruz Məmmədov
Novruz Məmmədov
-
«Suriyaya müdaxilə məsələsi heç ABŞ-da belə konkret bir şəkil almayıb. Çox yaxşı bilirsiniz ki, bu gün hələ ABŞ Konqresi və Prezidenti bu məsələ ilə bağlı konkret bir qərar qəbul etməyib. Yaxşı olar ki, biz bu mövqenin konkret nədən ibarət olduğunu gözləyib, sonra mövqe bildirək».
APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyası rəhbərinin müavini, PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi «Dəyişən dünyada Cənubi Qafqaz» forumunun sual-cavab hissəsində deyib.
PA rəsmisi bildirib ki, Azərbaycanın indidən bu məsələyə mövqe bildirməsi siyasi məntiqə və diplomatik məntiqə uyğun olmazdı:

«Amma bu sualı yaxşı olardı ki, ümumiyyətlə Azərbaycanın indiyə qədər apardığı xarici siyasət kursunu, bu istiqamətdə göstərdiyi fəaliyyəti, eyni zamanda Azərbaycanın iki ildir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizliyi Şurasında apardığı siyasəti nəzərə alıb verəydiniz».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG