Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:16

Avqust ayında Azərbaycanda 21 nəfəri ilan sancıb


-
Bu ilin avqust ayında Azərbaycanda 21 nəfəri ilan sancıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, ilan sancması halları daha çox Şamaxı, Hacıqabul, Bakı ətrafı qəsəbələrdə qeydə alınıb.
Onun sözlərinə görə, avqustda ötən ayla müqayisədə ilan sancması hallarının sayı artıb. İyulda 18 nəfəri ilan sancıb. İlan sancmasından 1 adam ölüb.
Azər Maqsudov deyib ki, avqust ayında ölkədə 6 nəfəri əqrəb, 4 adamı isə qaraqurd sancıb. Əqrəb sancmaları ötən ayla müqayisədə azalsa da, qaraqurd sancmaları olduğu kimi qalıb.
A. Maqsudov qeyd edib ki, yay mövsümü ərzində - may, iyun, iyul, avqust aylarında Azərbaycanda 69 nəfəri ilan, 23 nəfəri əqrəb, 20 nəfəri isə qaraqurd sancıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG