Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:53

İraqda iranlı mühacirlərin düşərgəsində toqquşma


-
İraqın şimalşərqində İranlı mühacirlərin düşərgəsində toqquşmalar və partlayışlar olub. İraq rəsmiləri azı 15 nəfərin öldürüldüyünü deyir. İranlı mühacirlərin 44 nəfərin ölməsi barədə dediklərini yalanlayır.

Zorakılığın necə başladığı barədə məlumat verilmir. İraq baş nazirinin sözçüsü isə bildirib ki, iranlıların öz aralarında atışma olub, bunun İraq qüvvələrinə aidiyyatı yoxdur.

İranın Mücahidini-Xalq təşkilatının 100-dək üzvü Diyala əyalətində düşərgədə yaşayır. İraq hökuməti bunu qanunsuz sayır və onların çıxmasını istəyir. Təşkilatın Londondakı sözçüsü deyib ki, İraq qüvvələri düşərgəyə girib, 44 nəfəri öldürüb və təşkilatın mülkiyyətinə od vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG