Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:46

İraqda avqustda 800 mülki şəxs ölüb


-
BMT bildirir ki, avqustda İraqda zorakılıqlarda 800-dən çox adam ölüb. BMT-nin bazar günü yaydığı hesabatda deyilir ki, İraqda zorakılıq artan xətt üzrə gedir ancaq avqustdakı rəqəm iyuldakından bir az aşağıdır.
BMT-nin rəsmisi Jacqueline Badcock AFP-yə deyib ki, ilin əvvəlindən 5.000 mülki şəxs öldürülüb, 12.000 nəfər yaralanıb.
Zorakılıqların çoxunun səbəbi baş nazir Nuri al-Malakinin əsasən şiə hökumətinin ölkənin sünni azlığını sıxışdırmasına dair fikirlərdir. Yaraqlılar həmçinin qonşu Suriyada təriqətlərarası münaqişədən fəallaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG