Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:10
-
Avqustun 31-də Göyçayda rayon yol patrul xidmətinin əməkdaşları bir avtomobili saxlayıb, sürücünün sərxoş olduğunu bildirərək onun sənədlərini alıblar.

Sürücü, 47 yaşlı Asif Rəhimov Rusiya vətəndaşıdır, Azərbaycana qonaq gəlibmiş. O, sentyabrın 1-də polisə müraciət edib sənədlərini almaq istəyəndə, polislə arasında insident yaranıb, polis sənədlərini verməkdən imtina edib və onu saxlayıb.

Kürəkəni Çingiz Abdullayev onun polis şöbəsinə zorakılıqla maşına oturdularaq aparıldığını, boğazında zorakılıq izləri olduğunu deyib:

“3 saat keçməsinə baxmayaraq, barəsində heç bir məlumat vermirlər. O, məhkəməyə də aparılmayıb”.

Çingiz Abdullayev özünün və qayınanasının Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etməsinə baxmayaraq heç bir reaksiya olmadığını da sözlərinə əlavə edib. O, Rusiya səfirliyinə müraciət edəcəklərini söyləyib.

Polis şöbəsinin rəis müavini Əflatun Məmmədov AzadlıqRadiosuna bildirib ki, Asif Rəhimova polisə müqavimətə görə cinayət işi açılıb.
XS
SM
MD
LG