Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:34
-
Türkmənistan prezidenti baş prokuroru işdən çıxarıb, təhlükəsizlik və hüquq-mühafizə idarələrində böyük yerdəyişmələr edib.
Gurbanguly Berdymukhammedov bazar günü bildirib ki, Baş Prokuror Yaranbyrat Yazmyradov “intizam pozuntuları”na və “işində ciddi nöqsanlar”a görə işdən çıxarılıb. Onu Ali Məhkəmənin keçmiş başçısı Amanmyrat Khallyyev əvəzləyib.
Bundan başqa, Aşqabata nəzarət edən təhlükəsizlik nazirinin müavini “işində ciddi qüsurlar”a görə işdən çıxarılıb. Daxili işlər nazirinin müavini də işindən azad olunub.
Avqustun 25-də Milli Təhlükəsizlik Şurasının televiziya ilə yayımlanan iclasında prezident hərbi və hüquq-mühafizə orqanlarının işini təkmilləşdirmə tədbirlərini müzakirə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG