Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:27
-
Obamanın şənbə günkü açıqlamasına beynəlxalq rəsmi reaksiya elə də böyük olmayıb. Yaponiyanın baş naziri Shinzo Abe deyib ki, hökuməti Konqresdəki debatı yaxından izləyəcək. Venesuela prezidenti Nicolas Maduro Obamanı BMT-ni vecinə almadığı üçün tənqid edib.
Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Aleksey Puşkov Twitter-də yazıb ki, Obama “müharibəyə azacıq hüquqi don geyindirmək üçün” Konqresə müraciət edir.
Suriyanın baş naziri Wael al-Halqi bildirib ki, Suriya ordusu ABŞ-ın istənilən hərəkətinə “tam hazırdır”.
İran İslam İnqilabı Qvardiyasının rəhbəri Mohammad Ali Jafarinin sözlərinə görə, Suriya daxilində “hərbi müdaxilənin məhdud olacağını” düşünmək “illuziyadır”.
XS
SM
MD
LG