Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:11

8 aya 55 qeyri-döyüş itkisi


-
Bu ilin 8 ayı ərzində təhlükəsizlik və müdafiə sektorunda itkilər 64 nəfər olub. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi məlumat yayıb. Ötən 73 nəfər yaralanıb və ya xəsarət alıb.
Mərkəzin rəhbəri Cəsur Sümərinli bildirir ki, həmin dövrdəki itkilərin 9-u döyüş, 55-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi liseyin kursantı da naməlum səbəbdən vəfat edib.
9 nəfər bədbəxt hadisədən, 12 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 1 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 7 nəfər xəstəlikdən vəfat edib. 14 nəfər intihar edib. Ölənlərdən 51-i Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (73 nəfər) C.Sümərinli bildirir ki, onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 7-si erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 40-ı isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG