Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:39

Rusiyada Beslan faciəsinin ildönümüdür


Beslan faciəsinin ildönümüdür

Beslan faciəsinin ildönümüdür

-
Şimali Osetiyanın Beslan şəhərində məktəb faciəsinin doqquzuncu ildönümü münasibətilə 3 günlük matəm başlayıb.
2004-cü ildə çeçen terrorçuları həmin məktəbdə 1.200 nəfəri 3 gün girov saxlayıb. Məktəbdə girov əməliyyatında 186-sı uşaq olmaqla, 334 nəfər ölmüşdü. Girovlardan çoxu Rusiya təhlükəsizlik qüvvələri məktəbi ələ keçirəndə həlak olub.
Bazar günü, 1 saylı məktəbin dağıntıları üzərində məktəb zəngi çalınıb. Şimali Osetiyanın rəhbəri Taimuraz Mamsurov həmin yerə gül qoyub. Onun oğlu və qızı hadisədən sağ çıxmışdı.
Sakinlər isə həmin əraziyə ənənəvi olaraq qaynanmış su və oyuncaqlar gətirəcəklər. Şimali Qafqaz respublikasında yüksək təhlükəsizlik tədbirləri görülüb, təkcə Beslana 1.500 polis yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG