Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:41

Azərbaycan cüdoçusu dünya çempionu oldu- [Video]


-
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatı Azərbaycan milli komandası üçün uğurlu olub. Lent.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Elxan Məmmədov qızıl medal qazanıb.
Bununla da Məmmədov ölkənin cüdo tarixində ilk dəfə dünya çempionu olub. 31 yaşlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə əvvəllər çıxış etdiyi 90 kq çəki dərəcəsində yox, özü üçün yeni çəkidə qalxıb.
Cüdoçu mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, əvvəlcə Or Sassonu (İsrail) üstələyib. 1/8 finalda Məmmədov David Alarzaya (İspaniya) qalib gəlib. ¼ finalda Takaşi Ononu (Yaponiya) da üstələməyi bacaran təmsilçimiz yarımfinalda Soyib Kurbanovdan (Özbəkistan) üstün olub.
Finalda Məmmədov 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Henk Qrolla (Hollandiya) üz-üzə gəlib. Görüşün əvvəli cüdoçumuz üçün heç də yaxşı başlamayıb. Hakim ona qeyri-fəal mübarizə apardığı üçün xəbərdarlıq edib. Bundan sonra fəallaşan təmsilçimiz rəqibinə vazari fəndi tətbiq edərək, hesabda irəli çıxıb. Məmmədov bu üstünlüyünü sonadək əldən verməyib və karyerasında ilk dəfə dünya çempionu olub.
Qeyd edək ki, əvvəllər Azərbaycan cüdoçularından Nazim Hüseynov və Elnur Məmmədli olimpiya çempionu olsa da, dünya çempionatlarında ən yaxşı halda gümüş medalla kifayətləniblər. Elxan Məmmədov isə yeni baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında tarix yazıb. Braziliyadakı dünya çempionatında daha öncə Orxan Səfərov (60 kq) bürünc medal qazanıb. Beləliklə, ölkə millisi bu mundialı 1 qızıl, 1 bürünc medalla başa vurub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG