Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:50

Bakıda yüksəksürətli internet üçün optik şəbəkə qurulacaq


-
“Azərbaycanda evlərə optika” – “FTTx” modeli üzrə paytaxtın bütün yaşayış məntəqələrinə yüksəksürətli və genişzolaqlı internet xidmətlərini təmin edən optik şəbəkənin qurulması nəzərdə tutulub.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən AzərTAc-a bildirilib ki, bu il layihə üzrə 2 min 500 abonent üçün “xDSL” və “FTTx” standartları ilə xidmət göstərmək imkanı olan multiservis abunə konsentratoru quraşdırılaraq istifadəyə verilib.
Əsas hədəf Bakı şəhəri ərazisini 100 meqabayt-saniyə (Mbs) sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 95 faizə çatdırmaqdır. “Bu da Azərbaycana 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək,” məlumatda belə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG