Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59

Karzai Talibanın məsuliyyət daşıyacağına and içir


Əfqanıstan prezidenti Hamid Karzai

Əfqanıstan prezidenti Hamid Karzai

-
Əfqanıstan prezidenti Hamid Karzai and içib ki, ötən həftə onlarla adamın ölümü və yaralanması ilə nəticələnmiş hücumlar üçün Taliban məsuliyyət daşıyacaq. Prezident sarayının yaydığı açıqlamada Karzai hücumları “terror aktları” və “kütləvi qırğın” adlandırıb.
Bəyanatda deyilir:
“Son vaxtlar Taliban elə ümidsiz və bacarıqsız olub ki, mülki vətəndaşları, xüsusilə günahsız fəhlələri, mühəndisləri, qadınları və uşaqları hədəfə almaqdan başqa əlindən heç nə gəlmir. Bu, bir daha sübut edir ki, onlar qətl və dağıntıdan başqa şey təklif edə bilmirlər”.
Şənbə günü Qəndəhar əyalətində intiharçı hücumunda altı nəfər ölüb, 20-dən çox adam yaralanıb. Cümə günü axşam isə Helman vilayətində bomba hücumunda 12 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG