Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:30

«El» Hərəkatının sədr müavinini 4 saat dindiriblər


-
«El» Hərəkatının sədr müavini Köçəri Nağıbəyli Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 4 saat dindirilib.

Köçəri Nağıbəyli dindirmədə bildirib ki, «El» Hərəkatı yalnız demokratik mübarizə üsullarına əsaslanır. Əflan İbrahimovun bəyanatı əsassızdır.

Dindirmə «El» Hərəkatının keçmiş üzvü Əflan İbrahimovun müraciəti əsasında aparılan araşdırma ilə bağlı olub.

Əflan İbrahimov «El» Hərəkatının və Milli Şuranın prezident seçkiləri zamanı kütləvi iğtişaşlar hazırladığını bildirib. Bundan sonra prokurorluq araşdırmaya başlayıb.

Avqustun 29-da «El» Hərəkatının lideri və Milli Şura icra aparatının rəhbəri Eldar Namazov da 4 saat prokurorluqda dindirilib. Eldar Namazov Ə.İbrahimovun fikirlərini uydurma adlandırıb.

Sentyabrın 2-də isə hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev dindiriləcək.
XS
SM
MD
LG