Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:17

Nelson Mandela-nı evə buraxmırlar


-
Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandela xəstəxanada müalicəsini davam etdirməlidir.

CAR-ın Prezident Administrasiyasının məlumatına görə, Mandela-nın evə yazılması ilə bağlı yayılan xəbərlər doğru deyil. O, xəstəxanada müalicəsini davam etdirməlidir.

95 yaşlı Nelson Mandela xəstəxanaya iyunun 8-də ağciyər iltihabı ilə yerləşdirilib.

Nobel sülh mükafatçısı və insan haqları müdafiəçisi Nelson Mandela 27 il həbsxanada yatıb. 1990-cı ildə azadlığa çıxıb, 1994-cü ildə isə ölkənin ilk qaradərili prezidenti seçilib.

BMT iyulun 18-ini dünyanın hər yerində Beynəlxalq Nelson Mandela Günü kimi qeyd edir.
XS
SM
MD
LG