Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:49

Azərbaycanlı əsir üçüncü ölkəyə göndərilir


-
2012-ci il avqustun 26-dan erməni əsirliyində olan azərbaycanlı əsgər Firuz Fərəcov avqustun 30-da üçüncü ölkəyə göndərilib.

Bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi məlumat yayıb.

Məlumatda deyilir ki, BQXK-nın Yerevandakı nümayəndəliyinin rəhbəri Lorenzo Karaffi bildirib ki, əsirlə sonuncu 9-cu görüşdə ona doğmalarının məktubu verilib. Onunla vətənə qayıtmaq istəməsi və ya üçüncü ölkəyə repatriasiya məsələsi müzakirə olunub. Hərbi əsir ikinci variantı seçib.

Firuz Fərəcov (1992-ci ildə anadan olub) 2012-ci ilin iyulunda Tovuz rayonunun cəbhə xəttində əsir düşüb.
XS
SM
MD
LG