Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:52

Beynəlxalq dini ekspertlər Bakıya gəlib


-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində bir qrup dini eksperti Bakıya gəlib.

Bu şəxslər dinlərarası dialoq və tolerantlıq barədə müntəzəm araşdırmalar aparan, bu sahədə beynəlxalq rəyə təsir göstərməyi bacaran mütəxəssislər sayılırlar.

Ekspertlərin ölkənin müxtəlif dini konfessiyalarının təmsilçiləri ilə görüşləri gözlənilir. Bundan əlavə, komitənin tərtib etdiyi «Tolerantlığın İpək Yolu marşrutu»nda yer alan tolerantlıq tarixini əks etdirən tarixi abidələrə səfərləri nəzərdə tutulur.

Qrupa Fransanın «Canal+» televiziyasının aparıcısı Rokhaya Diallo, mərhum şahzadə Diana-nın şəxsi katibi olmuş Patrick Jephson, publisist Valery Novoselsky və başqaları daxildir.

Qrup Qubada Qırmızı Qəsəbəyə, Şamaxıda «Cümə» Məscidinə, Qəbələdə Nic qəsəbəsində yerləşən Qafqaz Albaniyasının qədim kilsəsinə, Şəkidə Qafqazın ilk kilsəsi olan Kiş kilsəsinə və digər yerlərə səfər edəcək. Səfərin nəticələri haqda Milli Tolerantlıq Mərkəzinin yeni ofisində mətbuat konfransı keçiriləcək.

Xəbəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG