Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19

BMT müşahidəçiləri Suriyanı tərk etdilər


-
BMT-nin Suriyadakı müfəttişləri kimyəvi silahdan istifadə iddiaları ilə bağlı araşdırmalarını sona çatdırıblar.

Avqustun 31-də müfəttişlər Livana gediblər.

Bu arada ABŞ Dövlət katibi John Kerry bildirib ki, avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahdan istifadə olunması nəticəsində 1429 adam ölüb. Onlardan 426 nəfəri uşaqdır. Kerry deyib ki, ABŞ kəşfiyyatı Assad ordusunun kimyəvi silahdan istifadə etdiyinə əmindir.

Suriya hakimiyyəti bunu böhtan adlandırıb.

Prezident Barack Obama deyib ki, hələlik Suriyaya hərbi müdaxilə üçün son qərarı verməyib.

Obama-nın fikrincə, Suriya kimyəvi silahdan istifadə etməklə dünyaya meydan oxuyur, ABŞ-ın müttəfiqləri üçün təhlükə yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG