Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:39

Superkubokun superdramasında Bavariya Çelsiyə qalib gəlir


Czech Republic -- Super Cup is displayed during a ceremony in Prague, August 29, 2013

Czech Republic -- Super Cup is displayed during a ceremony in Prague, August 29, 2013

Avqustun 30-da Praqada UEFA Superkubokunda Almaniyanın "Bavariya" və İngiltərənin "Çelsi" komandaları üz-üzə gəldilər. “ Eden arena” stadionunda keçirilən görüşün 1-ci hissəsi Çelsinin xeyrinə bitdi. Oyunun 6-cı dəqiqəsində Fernand Torres hesabı açdı.

İkinci hissənin əvvəlində Frank Ribery hesabı bərabərləşdirdi. Bu hissədə Bavariya topa daha çox nəzarət etsə də, Çelsinin hesabı artırmağa daha çox imkanları oldu.

Əsas vaxt heç-heçə ilə başa çatdı. İkinci hissənin sonunda hakim Çelsinin müdafiəçisi Ramiresə qırmızı vərəqə göstərdiyindən, ingilislər əlavə vaxtı 10 nəfərlə oyanyırdılar. Buna baxmayaraq Çelsinin yarımmüdafiəçisi Eden Hazard sol cinahda 2 Bavaiya müdafiəçisini keçərək hesabı artırdı - 2-1 Çelsinin xeyrinə.

Bavariyanın bütün cəhdlərnə baxmayaraq hər dəfə Çelsinin qapıçısıı Peter Cech öz klubunu xilas edirdi. Ancaq əlavə vaxtın əlavə vaxtında - oyunun son saniyələrində Martinez hesabı bərabərləşdirdi.

Gərgin keçən oyunun taleyi11 metrlik cərimə zərbələri ilə həll olunurdu.

Cərimə zərbələri də əsas və əlavə vaxt kimi dramatik keçdi. Oyuncuların hamısı dəqiq zərbələrlə qol vurdurlar. Ən sonuncu 11 metrlik zərbəni geri qaytaran Bavariyanın kiperi Neuer öz komandasına qələbə qazandırdı - Bavariya 7 - Çelsi 6.

Bavariya 2013-cü ilin UEFA Superkubokunun sahibidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG