Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:47

Doktorantlara, tələbə və şagirdlərə verilən təqaüdlər artdı


-
Avqustun 30-da prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat

Ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 120 manat

magistr pilləsi üzrə:

əla qiymətlərlə oxuyan tələbələrə – 105 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 85 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 55 manat

bakalavr pilləsi üzrə:

əla qiymətlərlə oxuyan tələbələrə – 95 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 80 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 50 manat

Orta ixtisas təhsili müəssisələrində:

əla qiymətlərlə oxuyan tələbələrə – 50 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 40 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 35 manat

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 35 manat

Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.
XS
SM
MD
LG