Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:36

Azərbaycan və Ermənistan gəncləri görüşəcək


-
Azərbaycan Avropa Hərəkatı «İnam toxumları» adlı yeni layihənin icrasına başlayıb.

Layihənin məqsədi Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin münaqişə zonalarının gəncləri arasında əlaqələrin qurulmasına yardım etməkdir.

Layihə ABŞ-ın German Marşall Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində sentyabrın ortalarında Batumidə hər bir ölkədən 4 nəfər olmaqla, 16 gənc üçün «İnam yaratmaq nədir» və «İnam yaratmağın fərqli aspektləri və yenidən paylaşmanın öyrənilməsi» mövzularında treninqlər keçiriləcək.

Treninqləri Avropadan dəvət edilmiş peşəkar ekspertlər keçəcək və 2 gün davam edəcək.

Sonradan Batumidə treninq keçmiş şəxslər ölkələrinin münaqişə zonalarında müxtəlif seminarlar keçirəcək, biliklərini paylaşacaq, qısametrajlı videoçarxlar hazırlayacaqlar.

Daha sonra layihə çərçivəsində 5 dildə yaradılacaq «Sülh qurucuları şəbəkəsi» saytının təqdimatı keçiriləcək. Təqdimatlar eyni gündə və eyni saatda Azərbaycanda Xəzər dənizində, Gürcüstanda Qara dənizdə, İstanbulda Bosfor Boğazında və Ermənistanda Sevan gölündə keçiriləcək.

Yaradılacaq saytda sülhlə bağlı videolar yerləşdiriləcək.

Məlumatı Azərbaycan Avropa Hərəkatının mətbuat xidməti yayıb.
XS
SM
MD
LG