Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:30
Fransa prezidenti Francois Hollande bildirib ki, Britaniya parlamentinin Suriya münaqişəsinə hərbi müdaxilənin əleyhinə səs verməsi Parisin mövqeinə təsir eləmir. O ölkəsinin Suriyaya qarşı hərbi güc tədbiq edilməsini dəstəklədiyini qeyd edib.

Almaniya hökumətinin nümayəndəsi isə elə həmin gün ölkəsinin bu məsələyə baxmadığını bəyan edib.

Rusiya prezidentinin köməkçisi Yuri Ushakov bir daha bildirib ki, BMT-nin razılığı olmadan Suriyaya hərbi müdaxilə dünyada sülh prosesinə ciddi zərə vuracaq.

Britaniya parlamenti cümə axşamı Suriyaya hərbi müdaxilənin əleyhinə səs verib.

Bir sıra qərb ölkələri Suriya rejimini əhaliyə qarşı kimyəvi silah işlətməkdə günahlandırır.
Suriya hökuməti ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG