Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

Milli Məclisdə Diffamasiya haqqında qanun layihəsi müzakirə olunacaq


Milli Məclis
Milli Məclis
Azərbaycanda uzun müddətdir müzakirəsi gözlənilən “Diffamasiya haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə salınıb.Parlamentdən APA-ya verilən məlumata görə, qanun layihəsi artıq Avropa Şurasının Venesiya Komissiyası ilə razılaşdırılmaq üzrədir.

Qanunun qəbulunda mübahisə doğuran böhtan və təhqir maddələri Avropa təcrübəsi əsas götürülmək şərtilə saxlanılacaq. Yəni bu maddələrin tətbiq edici yox, çəkindirici güvvəsi olacaq.

Qanunla bağlı bütün yenilik və razılaşmalar isə parlamentdə müzakirələr zamanı açıqlanacaq.
XS
SM
MD
LG