Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:33
-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

29.08.2013

Hər bir canlı orqanizmin qidalanmağa ehtiyacı var. Elə şəhərlərin də. Əgər Naxçıvan şəhərini nəhəng bir orqanizmə bənzətsək, onda onun qida mənbələrini də görə bilərik. Qeyd edim ki, bu nəhəng orqanizmin qida şəbəkəsi şəhərin altında yerləşir. Bəs nələrdir bunlar? Son illərdə şəhər infrastrukturunda aparılmış böyükhəcmli layihələr çərçivəsində əhalinin keyfiyyətli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində “Şəhər su təchizatı və kanalizasiya” layihəsinin icrası üzrə işlər uğurla davam etdirilir. 2013-cü ilin birinci yarısında 59,3 kilometr su, 48,45 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Ümumilikdə isə 1 iyul 2013-cü il tarixə olan statistikaya görə, yerin altında 161,2 kilometr uzunluğunda kanalizasiya, 173,2 kilometr uzunluğunda isə içməli su xətləri quraşdırılmışdır. Bundan əlavə, şəhərin bütün məntəqələrinin qazlaşdırılması üçün çəkilmiş 1029,7 kilometr uzunluğunda boru xətti vardır ki, bu xətlərin 735,58 kilometri dəmir, 294,02 kilometri isə polietilen borulardan ibarətdir.
…Arzuları bitib-tükənməyən, qurub-yaratmaq əzmkarlığı insanlarının çöhrəsinə hopmuş bir şəhərin sakini olmaq bizi bir daha bu sözləri deməyə sövq edir: “Könül fərəhlənir gözəlliyindən – NAXÇIVAN !”
NÖVBƏTİ ƏMƏK YARMARKASI
Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilmişdir. Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov və rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudov çıxış etmişlər.
Qeyd olunmuşdur ki, əhalinin məşğulluğunun təmin olunması, işsizliyin aradan qaldırılması üçün ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya bu gün respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Ölkə başçısının “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın birinci mərhələsinin uğurlu icrası işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına gətirib çıxarmışdır. Bununla yanaşı, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində də müvafiq tədbirlər həyata keçirilmişdir.
Tədbirdə o da vurğulanmışdır ki, rayonda tikinti-quraşdırma işlərinin gündən-günə genişləndirilməsi, aqrar sahənin inkişafı, yeni müəssisələrin işə salınması, xidmət şəbəkələrinin yaradılması nəticəsində təkcə ötən il xeyli sayda yeni iş yeri açılmışdır. Cari ilin birinci yarısında isə rayon Məşğulluq Mərkəzinin xətti ilə 73 nəfər işaxtaran qeydiyyata alınmış, onların 61 nəfəri müxtəlif sahələrdə daimi işlə təmin olunmuşdur.
Tədbirdə işaxtaran vətəndaş Məhərrəm Abbasov çıxış edərək məşğulluğun təmin olunması üçün keçirilən əmək yarmarkalarının əhəmiyyətindən danışmış, yeni iş yerlərinin yaradılmasını dövlətimizin ölkə vətəndaşlarına qayğısı kimi qiymətləndirmişdir.
Yarmarkaya 8 dövlət və özəl müəssisədən 99 boş iş yeri çıxarılmışdı. Həmin gün 11 nəfərə işə göndəriş verilmişdir.
XS
SM
MD
LG