Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:22

ABŞ Suriyaya qarşı koalisiya yaratmağa çalışır


Chuck Hagel
Chuck Hagel
ABŞ müdafiə naziri Chuck Hagel bəyan edib ki, Vaşinqton Suriya rejiminə qarşı mümkün hərbi müdaxilə üçün beynəlxalq kolaisiya yaradılmasına çalışır. O bunu mətbuat konfransında deyib.

Britaniya parlamenti dünən Suriyaya hərbi müdaxilənin əleyhinə səs verib.

Ağ evin nümayəndəsi bundan sonra bəyan edib ki, bu Britaniyanın iştirakı olmadan da edilə bilər. ABŞ hərbi hava qüvvələrinin istefada olan polkovniki Sem Qardiner ABŞ ordusunun buna hazır olduğunu bəyan edib.

ABŞ başda olmaqla bir sıra qərb ölkələri Suriya rejimini əhaliyə qarşı kimyəvi silah işlətməkdə günühlandırır. Suriya hökuməti ittihamı rədd edir.

BMT-nin hadisə yerində olmuş əməkdaşları şənbə günü istintaqı başa çatdırmalıdırlar.

Suriyanın yaxın müttəfiqi olan Rusiya bu ölkəyə qarşı hərbi müdaxilənin ümumilikdə regionda faciəyə, qeyri-sabitliyə səbəb olacağını xəbərdarlıq edib.

Suriya prezidenti Bashar Assad cümə axşamı ölkəsinin özünü istənilən hücumdan qorumağa hazır olduğunu bəyan edib.
XS
SM
MD
LG