Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:54

Yeni «EL-hərəkatı» ictimai birliyinin təqdimatı keçirilib


-
Avqustun 30-da yeni «EL-hərəkatı» ictimai birliyinin təqdimatı keçirilib

Təqdimatda çıxış edən yeni “EL-hərəkatı”nın yaradıçısı Əflan İbrahimov bildirib ki, qurumun əsas hədəfi prezident seçkilərində İlham Əliyevi dəstəkləməkdir.

O, birliyini 85 rayonun 125 seçki dairəsində təbliğat təşviqat kampaniyasında aktiv iştirak edərək İlham Əliyevi təbliğ edəcəyini bildirib.

Əflan İbrahimov bu ilin əvvəlində Eldar Namazovun təsisçisi olduğu EL hərəkatında sədr müavini olduğunu bildirir. Amma hərəkat rəhbərliyi onun iddiasını rədd edir. Əflan İbrahimovun Milli Şuranın Bakıda seçkiöncəsi təxribat hazırlaması haqda müraciəti əsasında baş prokurorluq araşdırmaya başlayıb.

Araşdırma ilə bağlı avqusutun 29-da EL hərəkatinin sədri Eldar Namazov prokurorluqda dindirilib. Avrustun 30-da saat 14:00-da sədr müavini Köçəri Nağıbəylinin dindirilməsi başlanıb. Avqustun 31-də isə hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev dindirməyə çağırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG