Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:40

«Bulla-dəniz» qaz yatağında alovun söndürülməsi davam edir


-
Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatında deyilir ki, quyudakı qazma avadanlığının ümumilikdə 35-40%-ə qədəri demontaj olunaraq özüldən gəmilərə yüklənib və sahilə çıxarılıb.

«Bulla-dəniz» qaz yatağında yanğın avqustun 17-də başlayıb. Yanğına güclü təzyiq səbəb olduğu bildirilir.

Yanğın təxminən 6 km. dərinlikdə qazma zamanı 90 saylı kəşfiyyat quyusunda baş verib. Həmin vaxt qaz açıq şəkildə fəvvarə vurub və alışıb. Platformada olan işçilər evakuasiya edilib.

«Bulla-Dəniz» Bakıdan 80 km. cənubda açıq dənizdə yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG