Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:01

Cəmil Həsənlinin imzatoplama kampaniyası başlayıb


Cəmil Həsənli
Cəmil Həsənli
-
Avqustun 30-da Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin imza vərəqələri Mərkəzi Seçki Komissiyasından götürülüb.

Bakı şəhəri üzrə artıq imzatoplama kampaniyasına başlanılıb.

Bu haqda AzadlıqRadiosuna Cəmil Həsənlinin MSK-dakı səlahiyyətli nümayəndələrindən biri, AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib:

«Müsavat Partiyasının qərargahında seçki qərargahı toplaşıb, imza qrupları dəvət olunub. Bu gün imza vərəqələri bütün rayonlara çatdırılacaq. Bakı şəhəri üzrə artıq imzatoplama kampaniyasına başlanıb».

Gözəl Bayramlı deyib ki, namizədin qeydiyyata alınması üçün 45 min imza toplayacaqlar. İmzalardan 21 minini AXCP, 21 minini Müsavat, qalanlarını Milli Şurada təmsil olunan siyasi, ictimai təşkilatlar, fəallar toplayacaq.

Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG