Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:39

Milli Şuranın üzvü Köçəri Nağıyev İstintaq İdarəsinə çağırılıb


-
Milli Şuranın üzvü və EL hərəkatı sədrinin müavini Köçəri Nağıyev cümə günü saat 14:00-a Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Köçəri Nağıyev deyib ki, onu müstəntiq Orxan Dəmirov çağırıb. Avqustun 29-da El hərəkatının lideri və Milli Şura icra aparatının rəhbəri Eldar Namazov da 4 saat prokurorluqda dindirilib.
Dindirmə Əflan İbrahimovun müraciəti əsasında aparılan araşdırma ilə bağlı olub.
Ə.İbrahimov El hərəkatının və Milli Şuranın prezident seçkiləri zamanı kütləvi iğtişaslar hazırladığını bildirib. Bundan sonra prokurorluq araşdırmaya başlayıb.
Eldar Namazov Ə.İbrahimovun fikirlərini uydurma adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG