Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:30

Assad ailəsinin yaşadığı məhəllədə sakitlikdir


Suriya prezidenti hərbiçilərlə görüş zamanı

Suriya prezidenti hərbiçilərlə görüş zamanı

-
Dəməşqin mərkəzində tıxac hələ də sıxdır. Livan sərhədindən gələn əsas yolda isə bir neçə kilometrdən bir hərbi yoxlama var.
Bunları BBC-nin Yaxın Şərq üzrə redaktoru Jeremy Bowen Suriyanın paytaxtı Dəməşqdən yazır.
Wall Street Journal isə yazır ki, Assad ailəsinin yaşadığı Maleki məhəlləsində sakitlikdir. Dəməşq küçələrindəki kafelərdə yeyib-içən, söhbət edən adamlar var. Küçə ticarəti ilə məşğul olanlardan biri WSJ-a deyib ki, “Bashar Assadi dəstəkləmirəm, ondan xoşum da gəlmir, ancaq yaşamaq istəyirəm”.
Bir kafe sahibi isə “arada gedən biz sadə adamlarıq” deyə şikayətlənib.
Wall Street Journal yazır ki, bir neçə kilometr aralıda müxalifətçilərin nəzarətində olan ərazilərdə də narahatlıq var. Müxalif fəallardan biri isə deyib ki, “ABŞ sadəcə problem yaradır, ən yaxşı yol müxalifətin silahlandırılmasıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG