Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:09

Mətbuat icmalı: Naxçıvanda internet klubları niyə bağlayırlar?


-
«Azadlıq» qəzeti yazır ki, bir neçə gündür ki, Naxçıvanda internet-klubların fəaliyyətinə qadağa qoyulub. «Muxtar Respublikadan gələn xəbərlərə görə, Naxçıvan şəhərində fəaliyyət göstərən internet-klubların hamısı, bölgələrdəki klubların isə əksəriyyəti artıq işləmir. Bu isə onsuz da informasiya blokadasında olan naxçıvanlıları daha da pis vəziyyətə qoyur. Məlumata görə, yerli hakimiyyət seçki öncəsi insanların fəallaşmasından ehtiyatlanır. Çünki son vaxtlar naxçıvanlı gənclər sosial şəbəkələrdə aktivləşib və onlar baş verən haqsızlıqlara qarşı məlumatları paylaşaraq, qarşıdan gələn seçkinin ədalətli keçirilməsinə çağırış edirlər».
ELŞAD ABDULLAYEV AZƏRBAYCANDAKI ORQAN MAFİYASINI AÇIQLAYACAĞINI VƏD EDİR
«Bizim yol» qəzeti yazır ki, Fransada mühacir həyatı yaşayan ABU rektoru Elşad Abdullayev Azərbaycan prokurorluğu tərəfindən qanunsuz orqan transpalantasiyasında ittiham olunmasına və beynəlxalq axtarışa verilməsinə münasibət bildirib.
Elşad Abdullayev

Elşad Abdullayev

Sabiq rektorun köməkçisi Elnur Məcidli «Bizim Yol»un sorğusuna cavab olaraq bildirib ki, bu məsələlərin qabardılması bir başa seçkilərlə bağlıdır. E.Məcdili «Bizim Yol»a iki ekskluziv sənəd göndərəcəyini bildirib.

ƏLİ İNSANOV AZƏRBAYCANIN AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİ YANINDA SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİNİ MƏHKƏMƏYƏ VERİR

Turan agentliyi yazır ki, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayev və Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu məhkəməyə verib.
Vəkil Toğrul Babayev deyir ki, sabiq nazir Ali Məhkəmənin sədrini və Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsini Avropa Məhkəməsinin Əli İnsanovla bağlı qərarını icra etməməkdə günahlandırır. Əli İnsanovun iddası Bakı 1 saylı İnizibati İqtisad Məhkəməsinə təqdim olunub.
İddia ərizəsində göstərilir ki, Avropa İnsan Haqları Məhkəməsi bu il martın 14-də Əli İnsanovun işi ilə bağlı qərarını elan edib və qərara iyunun 14-də qüvvəyə minib.
Əli İnsanov

Əli İnsanov

​Azərbaycan qanunvericiliyinə görə, Avropa Məhkəməsinin qərarı daxil olduqdan 3 aydan gec olmayaraq, yəni sentyabrın 14-dək Ali Məhkəmənin plenumu çağırılmalı və Əli İnsanov azadlığa buraxılmalıdır.
BAŞLANDI...
«Yeni Müsavat» qəzeti yazır ki, «hakimiyyət Cəmil Həsənlinin yolunu kəsə bilməyəcəyinin fərqindədir. Bu səbəbdən də Əflan İbrahimov adlı birinin Milli Şuranın guya Bakıda iğtişaşlar planlaşdırdığı barədə iddiasını müstəntiqlər «incələməyə başlayıb». Başlandı demək olar... Hakimiyyətin üslubu dəyişməyib: «yenə iğtişaş və yenə dövlət çevrilişi cəhdi» ilə müxalifətin onsuz da seçki ilə bağlı daralmış zamanını mənasız suallara cavab verməklə tükətmək, əsəblərini tarıma çəkmək və hücumda oynamasına imkan vermədən, onu müdafiəyə sıxmaq...»

İLHAM ƏLİYEVİN SƏFƏRLƏRİ
«Azərbaycan»«Yeni Azərbaycan» qəzetləri prezident İlham Əliyevin Sabirabad, Saatlı, Ağcabədi rayonlarına səfəri, bir neçə tikintilərin açılışında iştirakı barədə yazıları ön səhifəyə çıxarıb.
Prezident İlham Əliyev avqustun 29-u Sabirabadda müasir istixana kompleksinin, Kür çayı üzərində körpünün açılışlarında iştirak edib.
Prezident Saatlıda Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışına qatılıb. Avtomobil yolunun ümumi uzunluğu 21 kilometrdir, onun 11 kilometrlik hissəsi istifadəyə verilib. Saatlı Olimpiya İdman Kompleksinin açılışını da edən İlham Əliyev səfərini Ağcabədidə davam etdirib.
Prezident Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Xəstəxana beş korpusdan və bir yoluxucu xəstəliklər bölməsindən ibarətdir. Ağcabədidə prezident Gənclər Mərkəzinin, “Aqat–aqro” heyvandarlıq kompleksinin açılışlarına da qatılıb.

Şərhləri göstər

XS
SM
MD
LG