Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:55

Britaniya parlamenti Suriyaya hərbi müdaxiləni qəbul etmədi


Britaniya baş naziri çıxış edərkən
Britaniya baş naziri çıxış edərkən
-
Britaniya parlamenti avqustun 30-na keçən gecə baş nazir David Cameronun Suriyaya hərbi müdaxilə barədə təklifini qəbul etməyib. 272 nəfər təklifin lehinə, 285 nəfər əleyhinə səs verib.
Cameron deyib ki, bundan sonra o addımlarını parlamentin mövqeyinə uyğun atacaq.

OBAMA HANSI MARAQLARI ƏSAS GÖTÜRƏCƏK?

“ABŞ Suriyaya qarşı hərbi əməliyyatlarla bağlı Britaniya ilə məsləhətləşmələri davam etdirəcək. Prezident Barak Obama isə Suriya ilə bağlı qərar verərkən Amerikanın milli maraqlarını əsas götürəcək”.
ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Caitlin Hayden Britaniyanın Suriyaya qarşı hərbi əməliyyatdan imtinasını şərh edərkən belə deyib.
Hayden deyib ki, kimyəvi silah barədə beynəlxalq normaları pozan ölkələr hərəkətlərinə görə məsuliyyət daşımalıdır.
Britaniyanın baş naziri David Cameron ölkə parlamentində bildirib ki, Suriyada kimyəvi hücuma kimin məsuliyyət daşıdığında “100 faiz aydınlıq yoxdur”.
Bashar Assad
Bashar Assad
Bununla belə, o əmindir ki, bu kimyəvi hücumun arxasında Bashar Assad hökuməti durur.
ASSAD: SURİYA ÖZÜNÜ MÜDAFİƏ EDƏCƏK
Suriya prezidenti Bashar Assad Qərbdən gələcək hər hansı hücum qarşısında Suriyanın özünü müdafiə edəcəyini bildirib.
Avqustun 21-də Dəməşq ətrafında həyata keçirilən hücumlarda yüzlərlə dinc sakin öldürülmüşdü. Həmin vaxt kimyəvi silahlardan istifadə olunmuşdu.
ABŞ, İngiltərə, Fransa və Türkiyə daxil olmaqla bir neçə ölkə kimyəvi silahdan istifadə olunmasına görə Suriya hökumətini ittiham edir. Suriya hökuməti və Rusiya isə kimyəvi silaha görə müxalifətin günahlandırır.
BMT-nin baş katibi Ban Ki-moon hadisə yerində araşdırma aparan müfəttişlərin şənbə günü rəy verəcəklərini bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG