Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:59

Eldar Namazov prokurorluqda dindirildi - [Video]


-
«El» Hərəkatının rəhbəri Eldar Namazov avqustun 29-da axşam saatlarında Respublika Prokurorluğunda dindirmədən çıxıb. Günorta saat 3-də başlayan dindirmə 4 saat yarımdan çox çəkib.

E.Namazov «El» Hərəkatının keçmiş sədr müavini Əflan İbrahimovun iddiası üzrə dindirilib.

Həmin iddiaya əsasən, Milli Şuranın toplantılarında seçkilər dövründə ölkədə iğtişaşlar yaratmaqla bağlı çıxışlar edilibmiş.

Ancaq E.Namazov AzadlıqRadiosuna deyib ki, həmin iddia tamamilə yanlışdır. Belə ki, iddia 2 nəfərin qapalı iclasda dediklərinə əsaslanıb ki, bu da tamamilə əsassız səslənir.

İstintaq sentyabrın 2-də davam edəcək. E.Namazov vəkildən könüllü imtina edib.

Baş Prokurorluq da onun Əflan İbrahimovun müraciəti əsasında dəvət edildiyini bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG