Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:33

Salinger mətbuatdan ona görə qaçırdı ki… bir xayası vardı? (Yeni kitab)


J. D. Salinger

J. D. Salinger

-

Məşhur “Çovdarlıqda uçurumdan qoruyan” romanının müəllifi Jerome David Salinger-in indiyəcən ortaya çıxarılmamış əsərləri 2015-ci ildə çap olunacaq.

Bu barədə “The New York Times” qəzeti yazıçı haqda yeni bioqrafik kitabın müəlliflərinə istinadla xəbər verir.

Bu il sentyabrın 3-də nəşr ediləcək kitabda deyilir ki, guşənişin həyat yaşamış və 3 il qabaq dünyasını dəyişmiş Salinger-in sağlığında çapına icazə vermədiyi əsərlər arasında “Piter Pənlərdən sonuncusu və ən yaxşısı” hekayəsi də var. Yazıçının məşhur qəhrəmanı Holden Kolfild həmin hekayədə də yer alır.

Hekayənin 1965-ci ilə aid əlyazması Prinston Universitetinin kitabxanasında saxlanır. Onun mövcudluğunu oxucular çoxdan bilir, amma indiyəcən çap edilməyib.

Bundan başqa yazıçının “sandığından” çıxmış 5 hekayə də çapa hazırlanır. Həmin hekayələr Qlass ailəsi haqdadır. Həmin qəhrəmanlarısa oxucu Salinger-in “Frenni və Zui” povestindən tanıyır.

Bundan başqa kitaba yazıçının hind fəlsəfəsi haqda essesi, eləcə də 2-ci Dünya Müharibəsindən bəhs edən və onun öz gördüklərinə əsaslanan romanı da daxil ediləcək.

Salinger haqda bioqrafik kitabı David Shields və Shane Salerno yazıb.

Bioqraflar bildirirlər ki, Salinger özü 2015-ci ildə azı 5 əsərinin çap edilməsini vəsiyyət edib.

Eyni müəlliflərin Salinger haqda çəkdiyi eyni adlı bioqrafik film isə sentyabrın 6-da yayınlanacaq.
Salinger haqda çəkilmiş filmin afişası

Salinger haqda çəkilmiş filmin afişası


Filmdən parçalar bu il Cannes festivalında göstərilib. Filmin yaradıcı heyəti orada yazıçı haqda ilk dəfə olaraq açıqlanan məlumatların da yer aldığını deyirlər.

Maraqlıdır ki, David Shields və Shane Salerno bioqrafiyanı yazarkən yazıçının həyat yoldaşı və oğlu ilə məsləhətləşməyiblər. Yazıçının ailəsi kitabda yazılanların mənbəyi ilə bağlı şübhələrini dilə gətirib.

“The Washington Post” isə “Salinger” adlanan bioqrafiyanın çapından əvvəl onun mətni ilə tanış ola bilib.

Qəzet kitabda birmənalı qarşılanmayacaq və mübahisə doğuracaq fikirlərin də yer aldığını yazır.

Məsələn kitabda iddia edilir ki, Salinger-in yalnız bir xayası olub.

Adı açıqlanmayan iki qadın və yazıçı ilə birgə hərbi xidmətdə olmuş Werner Kleeman bunu təsdiqləyir.

Bioqrafiya müəllifləri iddia edirlər ki, Salinger-in özündən yaşca çox kiçik və seksual baxımdan təcrübəsiz qızlara, eləcə də ümumilikdə guşənişin həyat tərzinə meyli etməsi güman ki qismən də onun bu fiziki qüsuru ilə bağlı olub.

“Yəqin ki, yazıçının mediadan qaçmasının çoxsaylı səbəblərindən biri də onun fiziki qüsuru barədə xəbərin ortaya çıxması qorxusu olub”.

“The Washington Post” qeyd edir ki, buna inanıb-inanmağa gərək oxucular özləri qərar versinlər. Doğrudanmı Salinger Cornish-də məhz hamı kimi iki xayası olmadığı üçün onilliklər boyu guşənişin yaşayıb?
J.D. Salinger həyat yoldaşı Colleen-lə

J.D. Salinger həyat yoldaşı Colleen-lə


Bundan başqa kitabda Salinger-in birinci arvadı, yarı alman, yarı fransız olan Sylvia Welter-dən ayrılmasının səbəbi barədə iddia yer alır. Deyilir ki, səbəb Welter-in 2-ci Dünya Müharibəsi zamanı nasistlərə cuğulluq etməsi olub və yazıçı bunu bilən kimi həmin qadınla boşanmağa qərar verib.

“The Washington Post” qeyd edir ki, bu, fakt yox, spekulyasiya təsiri bağışlayır. Çünki hansısa sənədə əsaslanmır.

Düzdür, boşanma haqda məhkəmə sənədləri var.

Amma orada qadın yalnız, özünü ərinə “saxta şəkildə təqdim etməkdə” günahlandırılır.

Bundan başqa kitabda Salingerin keçmiş “girlfriend”i, jurnalist Leila Hadley Luce bunları bildirir:

“O dedi ki, həyat yoldaşının müharibədəki əməlləri, xüsusən də Gestapo ilə əlaqələri haqda narahatlıq doğuran xəbərlər eşidibmiş... Cerri dedi ki, qadını ona yalan danışıb və onun müharibədə nə ilə məşğul olduğunu biləndə anlayıb ki, daha bir yerdə yaşaya bilməzlər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG