Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:30

Bin Ladeni "satan" həkimi Pakistanda yenə məhkəməyə çıxarırlar


Pakistanda həkim Shakil Afridiyə 33 il həbs cəzasının ləğvinin qanunsuzluğu və yeni məhkəmə barədə qərar verilib.

Afridi Osama Bin Ladenin tapılmasında Mərkəzi Kəşfiyyat İdarəsinə yardım etmişdi. ABŞ-da onu qəhrəman hesab edirlər, Pakistanda isə Afridiyə 33 il həbs cəzası kəsilmişdi. Sonradan bu, ləğv olundu.

Hakim Sahibzada Anees yazılı bəyanatında bildirir ki, 33 illik həbsi bağışlayan rəsminin buna səlahiyyəti çatmırdı.
XS
SM
MD
LG